Rumıniyanın baş naziri istefa verdi

Rumıniyanın baş naziri istefa verdi
  16 Yanvar 2018    Oxunub:1327
Rumıniyanın baş naziri Mixay Tudose vəzifəsindən istefa verib.
TASS-ın verdiyi məlumata görə, Rumıniyanın hakim Sosial-Demokrat partiyasının fövqəladə toplantısı keçirilib. Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib.

Bundan sonra Mixay Tudose istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək.

AzVision.az


Teqlər: Rumıniya   Baş-nazir   İstefa  





Xəbər lenti