Kadırov Goranboyda tapılan qadına ev hədiyyə edib - VİDEO

Kadırov Goranboyda tapılan qadına ev hədiyyə edib - VİDEO
  16 Yanvar 2018    Oxunub:7377
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Goranboyda tapılan 104 yaşlı Mədinə Əliyevaya ev hədiyyə edib.

AzVision.az xəbər verir ki, bu barədə “Qrozni TV” məlumat yayıb. Bildirilib ki, valideyn himayəsindən məhrum olan 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman Mədinə Əliyeva ilə birlikdə həmin evdə qalacaq, yaxşlı qadına qulluq edəcəklər.
Çeçenistan parlamentinin spikeri Maqomed Daudov və müfti Salah Mejiyev evin açarlarını onlara təqdim edib.



Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər. Daha sonra o, Azərbaycanın Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Çeçenistan   Mədinə-Əliyeva  





Xəbər lenti