“Bizim neftimiz yoxdur, amma ağlımız var” - Ərdoğan

“Bizim neftimiz yoxdur, amma ağlımız var” - Ərdoğan
  16 Yanvar 2018    Oxunub:3622
“Türkiyənin zəngin təbii sərvətləri, nefti, qazı, qızılı olmasa da bor, kömür mədənləri var. Amma, bütün bunların hamısından dəyərli zəkamız var”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Türkiyənin artıq texnologiyada istehlakçı ölkədən layihələndirən istehsalçı ölkəyə çevrilməsinin vacibliyini vurğulayıb:

“Bu səbəbdən yerli avtomobil istehsalı layihəsini dəstəkləyirik. Türkiyəyə yüz minlərlə avtomobil satan, amma bir qəpik yatırım etməyən ölkələrə nələr edə biləcəyimizi göstərəcəyik. Müdafiə sənayesində bunu edə bildiyimizi gördük və göstərdik. Uzun illər ölkəmizə pulu ilə məhsul satmayanların, min bir bəhanə ilə bizi illərlə geriyə aparanların artıq heç birinə ehtiyacımız yoxdur. Ötən 15 il ərzində həyata keçirdiyimiz layihələrlə bir çox sahədə xarici asılılıqdan xilas olduq”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti