Rusiyada seçki hazırlığı: Putin 1-ci, Jirinovski 3-cü oldu

Rusiyada seçki hazırlığı: Putin 1-ci, Jirinovski 3-cü oldu
  16 Yanvar 2018    Oxunub:1800
Rusiya vətəndaşlarının 74.8 faizi mart ayında keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putini dəstəkləməyi planlaşdırır.

AzVision.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (ÜİRÖM) hazırladığı anketdə bildirilb.
Məlumata əsasən, Putindən sonra ən çox dəstək alan namizəd 7.3 faizlə Komunist Partiyasının sədri Pavel Qrudin olub. Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski isə 4,7 faizlə üçüncü olub.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qarşıdan gələn seçkidə müstəqil namizəd kimi iştirak edəcəyini açıqlayıb. Putin hazırda ölkədə prezidentliyə ən real namizəd hesab olunur.

Xatırladaq ki, Rusiyada növbəti prezident seçkiləri bu ilin mart ayının 18-də keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Rusiya   Putin   Seçki  





Xəbər lenti