Məmmədyarovla Nalbandyanın görüş yeri və vaxtı açıqlandı

  16 Yanvar 2018    Oxunub : 1301
Məmmədyarovla Nalbandyanın görüş yeri və vaxtı açıqlandı
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 18-də xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistan Respublikasının xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Məmmədyarov   Nalbandyan