Məktəbliləri daşıyan avtobus evə çırpılıb: 48 yaralı

Məktəbliləri daşıyan avtobus evə çırpılıb: 48 yaralı
  16 Yanvar 2018    Oxunub:1190
Almaniyanın Eberbah şəhərində məktəbliləri daşıyan avtobus ağır qəza törədib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, avtobus bir neçə avtomobillə toqquşduqdan sonra yaşayış evinə çırpılıb.

Qəza nəticəsində 48 nəfər xəsarət alıb. Onlardan 10-nun vəziyyəti ağırdır. Hazırda insidentin baş verdiyi ərazidə xilasedicilər və təcili tibbi yardım xidmətinin əməkdaşları fəaliyyət göstərirlər.

AzVision.az


Teqlər: Almaniya   qəza  





Xəbər lenti