Bakıda 16 yaşlı qız qaçırılıb

Bakıda 16 yaşlı qız qaçırılıb
  27 Sentyabr 2013    Oxunub:1221
Bakının Yasamal rayonunda qaçırılma hadisəsi baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, Əbilov küçəsində yaşayan 1962-ci il təvəllüdlü Bayramov Ziməddin Güləhməd oğlu Yasamal RPİ-nə müraciət edərək bildirib ki, onunla bir ünvanda yaşayan qızı 1997-ci il təvəllüdlü Bayramov Pərvanəni sentyabrın 26-da saat 19:00 radələrində yaşadığı ünvanın qarşısından Qurban adlı şəxs evlənmək məqsədilə qaçırıb.

Faktla bağlı Yasamal RPİ-nin təhqiqatçısı N.Hadıyev tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti