TQDK yekun konfransını keçirir

TQDK yekun konfransını keçirir
  27 Sentyabr 2013    Oxunub:1204
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-2014-cü tədris ili üzrə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul kampaniyasının yekunu ilə bağlı tədbir keçirib.
AzVision.az xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə ilk olaraq buraxılış imtahanlarının nəticələri ilə bağlı məlumat verib.

O bildirib ki, bu il buraxılış imtahanlarında 9-cu sinif məzunlarından 117 min 275 nəfər, 11-ci sinif məzunlarından isə 86 min 632 nəfər iştirak edib: “Doqquzuncu sinif məzunlarından 68 497 (58.41%) nəfəri buraxılış imtahanında müvəffəq qiymət alıb. On birinci sinfi məzunlarında isə bu göstərici 62 min 494 nəfər, yəni 72.14 %-dir”.

TQDK sədri ali təhsil müəssisələrinə qəbulla bağlı da yekunu açıqlayıb. O bildirib ki, bu il ölkənin 11 bölgə mərkəzində - Bakı, Sumqayıt, Gəncə, Şəki,Lənkəran, Quba, Ağcabədi, Şirvan, Göyçay, Naxçıvan və Mingəçevirdə qəbul imtahanı keçirilib:

“Bu il respublikanın ali təhsil müəsssiələrinə keçirilən qəbul imtahanında 96 min 720 abituriyent iştirak edib. Onlardan 42.98% 0-100, 21.99% 100-200, 13.48% 200-300, 15.65% 300-500, 5.55% isə 500-700 bal arası nəticə göstərib. Qruplar üzrə nəticələrə gəlincə isə, yüksək bal toplayan abituriyentlərin sayı I qrupda 365, II qrupda 301, III qrupda 495, IV qrupda 400 nəfərdir.Ümumilikdə 6 abituriyent 700 bal toplayıb”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti