Partiya lideri Kosovoda öldürülüb

Partiya lideri Kosovoda öldürülüb
  16 Yanvar 2018    Oxunub:1629
“Azadlıq, demokratiya, həqiqət” vətəndaş təşəbbüsünün lideri Oliver İvanoviç Kosovoda sui-qəsd nəticəsində öldürülüb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Neboş Vlaiç bildirib. Onun sözlərinə görə, Oliver İvanoviç beş güllə yarası alıb.

Siyasətçi xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Polis sui-qəsd faktını təsdiqləyib. Hazırda hücum edənlərin axtarışı aparılır.

İvanoviçin öldürülməsi ilə əlaqədar Serbiya Prezidenti Aleksandr Vuçiç milli təhlükəsizlik şurasının iclasını keçirib və Oliver İvanoviçin Kosovada qətlə yetirilməsini terror aktı adlandırıb.

AzVision.az


Teqlər: Kosovo   Serbiya  





Xəbər lenti