Afrin əməliyyatı: Tanklar hazır vəziyyətə gətirildi

  16 Yanvar 2018    Oxunub : 1395
Afrin əməliyyatı: Tanklar hazır vəziyyətə gətirildi
Türkiyə yaxın günlərdə Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlara başlayacaq.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, PKK terror təşkilatının Suriya qolu olan YPG-a qarşı planlaşdırılan əməliyyatlara hazırlıq görülür.
Məlumata görə, Ankaradan gətirilən daha 10 tank Suriya sərhədi yaxınlığında yerləşdirilib. Bundan əlavə bir neçə döyüş texnikasının əraziyə gətiriləcəyi gözlənilir. Hazırda döyüş texnikaları hazır vəziyyətə gətirilib.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, Afrin əməliyyatlarına Suriyanın müxalif qüvvələri də qatılacaq.

AzVision.az

Teqlər: Türkiyə   Afrin   Suriya   YGP