Qarabağın həlli BMT-nin əsas prioritetlərindəndir - Baş Katib

  17 Yanvar 2018    Oxunub : 1384
Qarabağın həlli BMT-nin əsas prioritetlərindəndir - Baş Katib

BMT-nin baş katibi Antoniu Quterriş rəhbəri olduğu təşkilatın 2018-ci il üzrə 12 fəaliyyət istiqamətini açıqlayıb.

AzVision.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Baş Assambleyanın üzvlərinə müraciət edən Quterriş bildirib ki, onun rəhbər olduğu bir il ərzində bəşəriyyət sülhə doğru irəliləməyib.

Həlli vacib olan problemlərin sırasında Yaxın Şərqdə, həmçinin Avropada dondurulmuş münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqın problemlərinin həlli, Koreya yarımadasında vəziyyətin normallaşdırılması yer alıb.

Antoniu Quterriş Avropada münaqişələrin “dondurlması”na səbəb olan “iflic”i bitirməyə çağırıb. Onun sözlərinə görə, qitə ölkələri bu problemin həlli üçün lazımlı rıçaqlara malikdirlər.

BMT Baş katib, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb: “Bu vəziyyətlərin normallaşdırılması üçün millətçiliyin təhlükəli dalğasına qarşı durmaq və Şərqi Ukrayna üzrə Normand formatı və üçtərəfli kontakt qrupu, Qarabağ üzrə ATƏT-in Minsk qrupunu, Gürcüstan üzrə Beynəlxalq Cenevrə diskussiyasını və Dnesteryanı üzrə "5+2" prosesi də daxil olmaq müvafiq vasitəçilik işlərinin canlandırılması vacibdir”, - deyə BMT rəhbəri bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: BMT   Qarabağ