Məleykə Abbaszadə orta balı açıqladı

Məleykə Abbaszadə orta balı açıqladı
  27 Sentyabr 2013    Oxunub:899
TQDK sədri Məleykə Abbaszadə bu il ali təhsil müəssisələrinin orta balını açıqlayıb.
AzVision.az xəbər verir ki, ali məktləblər arasında ən yüksək göstərici Bakı Ali Neft Məktəbindədir:

“Belə ki, bu təhsil müəssisəsinə qəbul olanların orta balı 650 olub ki, bu da yüksək nəticədir. Təhsil müəssisələri arasında ikinci yeri İnformasiya və Kommunikasiya Texnologiyaları İnstututu, üçüncü yeri Prezident yanında Dövlət İdarəçilik Akademiyası, 4-cü yeri Tibb Universiteti, 5-ci yeri isə Azərbaycan Diplomatiya Akademiyası tutub”.

Fatimə


Teqlər:





Xəbər lenti