Jurnalistlərin qeydiyyatı davam edir

Jurnalistlərin qeydiyyatı davam edir
  27 Sentyabr 2013    Oxunub:1101
Milli Məclisdə artıq 66 jurnalist qeydiyyatdan keçib.

Bu barədə AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin əməkdaşı Qərənfil Mansurova məlumat verib. Onun sözlərinə görə, jurnalistlərin qeydiyyatdan keçmə prosesi hazırda davam edir :`Bu günə kimi 24 informasiya agentliyi, 28 qəzet, 14 televiziya jurnalisti qeydiyyatdan keçib.Ötən siyahıdan 11 nəfərin adı çıxarılıb. Hər gün jurnalistlərin qeydiyyatdan keçməsi ilə bağlı Milli Məclisə məktub daxil olur, monitorinq qrupu həmin məktublara baxır`.

Qeyd edək ki, Milli Məcliisn payız sessiyasının plenar iclası sentyabrın 30-da keçiriləcək. İclasın gündəliyinə 41 məsələ daxildir. İlk olaraq Milli Məclisin 2013-cü il payız sessiyası qanunvericilik işləri planının təsdiq edilməsinə dair məsələ müzakirə ediləcək. Bir çox məsələlər hökümətlərarası sazişlərin, müqavilələrin təsdiq olunması ilə bağlıdır. Bir neçə qanunlara uyğun olaraq medallarla bağlı, xüsusilə yubiley medallarında dəyişiklər ediləcək ki, bu 20-ə yaxın qanuna şamil olunacaq. “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi, İnzibati Prosessual Məcəllədə, Cinayət Məcəlləsində və bir sıra başqa qanunlarda dəyişiklər edilməsi nəzərdə tutulur”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti