Doğurdanmı Polad Bülbüloğlu belə müsahibə verib?

  27 Sentyabr 2013    Oxunub : 353
Doğurdanmı Polad Bülbüloğlu belə müsahibə verib?
Niyə cənab səfir Azərbaycan mətbuatında Ermənistanın düşmən obrazının yaradılmasından narahatdır?
AzVision.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə facebook hesabında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun erməni mətbuatına müsahibə verməsinə münasibət bildirib.


“Elə indi saytlarda oxudum ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbülöglu Ermənistanın news.am saytına müsahibə verib və müsahibəsində Dağlıq Qarabağ məsələsinə də toxunub.

Müsahibədəki müəyyən məsələlər sual doğurduğuna görə adı çəkilən Ermənistan saytında daxil oldum və müsahibənin orada dərc edilmiş variantı ilə tanış oldum.

Cənab P.Bülbüloğlu erməni saytına müsahibəsində deyir : “...Əfsus ki, vaxt bizim əleyhimizə işləyir. Sirr deyil ki, sizin də, bizim də mətbuatda düşmən obrazı təbliğ edilir. Buna imkan vermək olmaz. Bununla biz gələcək nəsillərdə partlayacaq minaların əsasını qoyuruq”.

Səfirimizin müsahibəsindəki bu fikrindən çox narahat oldum və məsələ ilə bağlı bir neçə sualım var .

Birinci, doğrudanmı, cənab səfirimiz belə müsahibə verib və Ermənistan saytında verilən fikirlər doğrudanmı ona məxsusdur və fikirləri təhrif edilməyib ki ?

İkinci, nəyə görə Azərbaycan səfiri Ermənistan saytına müsahibəsində bir dəfə də olsun Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini səsləndirməyib və qonşu dövlətin Azərbaycanın ərazi bütövlüyünü tanımadığına etiraz etməyib ?

Üçüncü və ən vacibi, niyə cənab səfir Azərbaycan mətbuatında Ermənistanın düşmən obrazının yaradılmasından narahatdır? Mətbuatımız torpaqlarımızı işğal edən qonşu dövlətə dostmu deməlidir, onun cəbhə xəttindəki provokasiyalarından susmalıdırmı, yoxsa Ermənistana dost və qardaş hisslərimi aşımalıdır ? Niyə görə cənab səfir Azərbaycan gənclərinin torpaqlarımızı işğal edən Ermənistanın düşmən kmi tanımasını " partlayıcı mina" adlandırır və Azərbaycan və Ermənistanı tərəzinin eyni gözünə qoyur ?

Hesab edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayana və ölkəmizə qarşı düşmən hərəkətlərini dayandırmayan qədər hər şey öz adı ilə adlandırılmalıdır və bu məsələdə Azərbaycan ziyalıları cəmiyyətə nümunə olmalıdırlar”.

Teqlər: