Oğlanlar sənəd verdi, qızlar qəbul oldu

Oğlanlar sənəd verdi, qızlar qəbul oldu
  27 Sentyabr 2013    Oxunub:1029
TQDK sədri qəbul olanlar arasında gender aspektlərindən danışıb.
M.Abbaszadə deyib ki, 1993-cü ildə qəbul imtahanlarda 17 min oğlan 33 min qız iştirak etmişdisə, bu il bu rəqəm 51 700 oğlan, 48 min 992 nəfər qız olmaqla dəyişib.

Tələbə adı qazananlar arasında isə oğlanların sayı 16 465, qızlar isə 17 min 411 nəfər təşkil edib. Bu ilk dəfə oğlanların orta nəticəsi yüksək olub. Belə ki, oğlanlar arasında 500-700 bal toplayanlar 4.64 %, qızlar arasında isə 6.51% faiz olub.

Məleykə Abbaszadənin sözlərinə görə, bu ilki qəbulda bir oğlan abituriyent səhvən Qızlar univetsitetinə sənəd verib. Daha sonra appelyasiyaya müraciət edib, komissiya da onu balına uyğun başqa fakültəyə yerləşdirib.

TQDK sədri deyib ki, Rəssamlıq Akademiyası və Xarici dillər universitetinə qəbul olanların 80, Müəllimlər institutuna qəbul olanların 90, Tibb Universitetinə qəbul olanların isə 65 faizi qızlardır.

Məcburi köçkünlərin qəbul göstəricilərinə gəlincə isə Məleykə Abbaszadə bildirib ki, bu göstərici 2000-ci ildə 812 nəfər idisə, bu il 3161 məcburi köçkün tələbə adı qazanıb.



Teqlər:  





Xəbər lenti