Türkiyədə fövqəladə vəziyyət yenə uzadılır

Türkiyədə fövqəladə vəziyyət yenə uzadılır
  18 Yanvar 2018    Oxunub:1444
Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda Təhlükəsizlik Şurası hökumətə ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.

Qeyd edək ki, 2016-cı il iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddəti yanvarın 19-da başa çatır. Ötən müddət ərzində rejimin müddəti 6 dəfə uzadılıb.

AzVision.az



Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti