"Putinin heç bir problemi yoxdur" - Peskov

"Putinin heç bir problemi yoxdur" - Peskov
  18 Yanvar 2018    Oxunub:1412
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ölkə rəhbərinin sağlıq durumu ilə bağlı jurnalistləri maraqlandıran suallara cavab verib.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peskov ABŞ təcrübəsində olduğu kimi Rusiyada ölkə liderinin tibbi müayinəsinin ictimaiyyətə açıqlanması haqda məsələyə aydınlıq gətirib.

Bildirib ki, qanunvericiliyə əsasən prezidentin səhhəti barədə məlumatları yaymaq məcburiyyətində deyillər. Peskov, həmçinin Putinin səhhətinin yaxşı olduğunu, heç bir probleminin olmadığını, hətta bir çoxlarından üstün olduğunu söyləyib.

Qeyd edək ki, ABŞ-da ənənəvi olaraq ölkə rəhbərləri tibbi müayinədən keçirilir. Müayinənin nəticələri rəsmi qaydada ictimaiyyətə elan edilir. Bu yaxınlarda Donald Trampın həkimi açıqlama yayaraq, onun səhhətinin yaxşı olduğunu bildirmişdi. Vurğulamışdı ki, Tramp siqaret çəkmir, alkoqollu içki qəbul etmir. Daha çox qolfla məşğul olmağa çalışır.

AzVision.az


Teqlər: Rusiya   Putin   Peskov   Tramp   Prezident  





Xəbər lenti