“Twitter”də istifadəçilərin şəxsi mesajları oxunur

“Twitter”də istifadəçilərin şəxsi mesajları oxunur
  18 Yanvar 2018    Oxunub:1475
"Twitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirib.
Açıqlamadan məlur olur ki, "Twitter" şirkətinin əməkdaşları vaxtaşırı şəxsi yazışmaları oxuyur.

“Biz mütəmadi olaraq şəxsi ismarıcları oxumuruq. Ancaq vaxtaşırı. Məhdud sayda əməkdaşımız bu məlumatı əldə edə bilər. Biz öz növbəmizdə onlara qarşı çox ciddi giriş protokolu tətbiq edirik", - deyə şirkətin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, "Twitter"in istifadəçilərin şəxsi ismarıcları oxuması barədə məlumat onlar haqqında “virtual profilin yaradılması” və reklam şirkətlərinə sonradan satılması məqsədi ilə edildiyi bildirilib.

AzVision.az


Teqlər: Twitter  





Xəbər lenti