Bir neçə rayonda qaz fasilələrlə veriləcək

Bir neçə rayonda qaz fasilələrlə veriləcək
  27 Sentyabr 2013    Oxunub:1016
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Təmir işləri ilə əlaqədar saat 19:00-dək “Avrora” Qazpaylayıcı Stansiyasında, saat 18:00-dək “Quba”, “Saatlı” Qazpaylayıcı Stansiyalarında, “Quba”, “Qəçrəş” və “Əlillər evi” ölçü qovşaqlarında, “Hövsan” Qazpaylayısı Məntəqəsindən Hövsan qəsəbəsinə gedən qaz kəmərində, saat 16:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində, saat 18:00-dək “Sulu-təpə” Qazpaylayıcı Stansiyasından Xocahəsən qəsəbəsinə gedən qaz kəmərində, “Masallı” Qazpaylayıcı Stansiyasından qidalanan “Masallı-2” ölçü qovşağında, saat 19:00-dək “Bolqarıstan” Qazpaylayıcı Stansiyasında, saat 14:00-dək isə “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalanan “Şəhər-3” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Quba, Saatlı rayonlarına, Masallı, Lənkəran rayonlarının və Sumqayıt şəhərinin bir hissəsinə, Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Rəsulzadə və Xocahəsən qəsəbələrinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qaz verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti