ABŞ-dan geri addım - Türkiyə istəyinə nail oldu

ABŞ-dan geri addım -  Türkiyə istəyinə nail oldu
  18 Yanvar 2018    Oxunub:5186
ABŞ-ın Dövlət Katibi Reks Tillerson Türkiyə-Suriya sərhəddində 30 minlik təhlükəsizlik qüvvəsinin yaradılması haqda məlumatları təkzib edib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Tillerson ABŞ-ın belə niyətinin olmadığını deyib. Bildirib ki, məsələ səhv anlaşılıb:
“Heç bir formada sərhəd qüvvəsi formalaşdırmırıq. Məsələ tamamilə səhv təqdim olunub, yalnış anlaşılıb”.

Tillerson əlavə edib ki, bununla bağlı ABŞ-ın Türkiyəyə açıqlama vermək borcu var: “Nə üçün belə reaksiya verdiklərini başa düşürük. Düşünürəm ki, ABŞ bu məsələyə görə, Türkiyəyə cavab verməlidir”.

Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Birləşmiş Ştatların Türkiyə-Suriya sərhədində 30 minlik təhlükəsizlik qüvvəsi yaradacağını bildirmişdi. Məlumatda vurğulanmışdı ki, Suriyanın Türkiyə və İraqla sərhədində yarıdan çoxu YPG terror təşkilatının üzvlərindən ibarət olacaq 30 minlik sərhədd qüvvəsi yaradılacaq. ABŞ-ın bu qərarı Türkiyədə etirazla qarşılanıb. Ərdoğan terrorçuların nəzarətindəki Afrin bölgəsində hərbi əməliyyatların aparılacağını bəyan edib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Türkiyə   Suriya   İraq   YPG   Tillerson  





Xəbər lenti