Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib

Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib
  18 Yanvar 2018    Oxunub:2012
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla (Rusiya Federasiyası) görüşüb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tigran Balayan öz “Twitter” səhifəsində məlumat yayıb.
Məlumata əsasən, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə edilib.

Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   XİN   Nalbandyan   Həmsədrlər  





Xəbər lenti