Dəhşətli olay: 52 nəfər avtobusda yanaraq ölüb - VİDEO

  18 Yanvar 2018    Oxunub : 3524
Dəhşətli olay: 52 nəfər avtobusda yanaraq ölüb - VİDEO

Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

AzVision.az "İnterfaks"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

Ölkənin Fövqəladə Hallar Komitəsinin nümayəndəsi Ruslan İmankulov bildirib ki, "İkarus" markalı avtobusun salonunda 55 sərnişin və 2 sürücü olub. Onlardan yalnız 5-i sağ qalıb. Qalan 52 nəfər isə yanaraq ölüb.

Avtobusda olan şəxslərin hamısı Özbəkistan vətəndaşı olub. Yanğının başvermə səbəbləri araşdırılır.



AzVision.az

Teqlər: Qazaxıstan   yanğın