Putin bunları sevmir - Peskov prezidentin sirrini açdı

Putin bunları sevmir - Peskov prezidentin sirrini açdı
  18 Yanvar 2018    Oxunub:2585
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ölkə rəhbəri Vladimir Putin ən çox yalanı və səriştəsizliyi sevmir.

AzVision.az xəbər verir ki, bunu Peskov “Nailə Əsgərzadə ilə fəaliyyətdə olan simalar” verilişində bildirib.
Peskovun fikrincə, yalan danışmaq Putinin sevmədiyi cəhətlərdəndir. Bundan əlavə Rusiya lideri səriştəsiz insanları da sevmir.

Qeyd edək ki, Peskovun qonaq olduğu veriliş bazar günü “Rossiya 1” telekanalında yayımlanacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Putin   Peskov  





Xəbər lenti