52 nəfərin öldüyü qəzanın təfərrüatları məlum oldu

52 nəfərin öldüyü qəzanın təfərrüatları məlum oldu
  18 Yanvar 2018    Oxunub:1724
Qazaxıstanın Aktobe vilayətində 52 nəfərin yanaraq öldüyü qəzanın təfərrüatları məlum olub. Hadisə zamanı avtobusun yan qapısının kilidləndiyi, bu səbəbdən evakuasiyanın mümkün olmadığı aşkar edilib.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu vilayətin daxili işlər departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev deyib. O, qeyd edib ki, ilkin ehtimala görə, yanğına naqillərdəki qısaqapanma səbəb olub: “Avtobus dayanıb. Bütün sürücülər avtobusdan çıxıb. Sərnişinlər çıxışa doğru qaçmağa başlayan zaman yan qapı kilidlənib”.

Hazırda çoxsaylı insan tələfatına səbəb olan dəhşətli yol-nəqliyyat hadisənin səbəblərinin araşdırılması, qəzada xəsarət alanlara və həlak olanların ailələrinə yardım göstərilməsi üçün xüsusi hökumət komissiyası yaradılıb. Komissiyanın tərkibinə hüquq-mühafizə və digər orqanların nümayəndələri daxildir.

Qeyd edək ki, Qazaxıstanın Aktobe vilayətində avtobusun yanması nəticəsində 52 nəfər ölüb.

AzVision.az



Teqlər: Qəza   Yanğın   Avtobus  





Xəbər lenti