Məmmədyarov həmsədrlərlə görüşüb - Yenilənib

Məmmədyarov həmsədrlərlə görüşüb - Yenilənib
  18 Yanvar 2018    Oxunub:2792
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovla (Rusiya Federasiyası) görüşü keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat yayıb.

Məlumata əsasən, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həli istiqamətində danışıqlar prosesi müzakirə ediib.

Qeyd edək ki, bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Məmmədyarov   ATƏT   Həmsədr  





Xəbər lenti