Krakovda Qarabağ danışıqları başa çatdı – (YENİLƏNİB)

Krakovda Qarabağ danışıqları başa çatdı – (YENİLƏNİB)
  18 Yanvar 2018    Oxunub:6477
Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başa çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

Hələlik görüşün detalları açıqlanmayıb.

***
(16:10)

Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popovun (Rusiya Federasiyası) iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev öz “Twitter” səhifəsində məlumat yayıb.

“Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində substantiv və nəticəli danışıqların tərəfdarıdır”, - deyə Hacıyev qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məmmədyarov   XİN   Qarabağ   Polşa   ATƏT  





Xəbər lenti