Ermənistanda nazir istefa verdi

Ermənistanda nazir istefa verdi
  18 Yanvar 2018    Oxunub:3455
Ermənistanın enerji və təbii sərvətlər naziri Aşot Manukyan istefa ərizəsi yazıb.

AzVision.az xəbər verir ki, nazirliyin mətbuat katibi Vasaq Tarpoşyan Aysor.am saytına açıqlamasında məlumatı təsdiqləyib.
"Nazir istefa ərizəsini təqdim edib. Buna baxmayaraq, hazırda nazir vəzifələrini icra etməkdə davam edir, - Tarpoşyan deyib.

Xatırladaq ki nazirin istefası ilə bağlı xəbərlər Yeni il bayramı ərəfəsində gündəmə gətirilmişdi. İstefa ilə bağlı rəsmi açıqlamanın bayramdan sonra elan olunacağı bildirilirdi.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Nazir   İstefa  





Xəbər lenti