Ermənistanda sabahdan kütləvi etirazlar başlayır

Ermənistanda sabahdan kütləvi etirazlar başlayır
  19 Yanvar 2018    Oxunub:2911
Ermənistanın paytaxtı İrəvanda qiymət artmasına qarşı etiraz yürüşləri keçiriləcək.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sabahdan başlayacaq aksiyalarda yüzlərlə sakinin iştirak edəcəyi gözlənilir.
Hakimiyyət əleyhinə etirazların kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi bildirilir.

Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır.

Ermənistan parlamentinin müxalifəti təmsil edən deputatları xalqa çağırışlar edərək onları cinayətkar Sarkisyan hakimiyyətinə qarşı qiyama səsləyiblər.

AzVision.az


Teqlər: Ermənistan   Etiraz   İrəvan  





Xəbər lenti