Qəbul imtahanlarında yenilik

Qəbul imtahanlarında yenilik
  27 Sentyabr 2013    Oxunub:1042
Gələn ildən etibarən əvvəlki illərin məzunları aprel ayında imtahan verəcək.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib.

O, bunun səbəbini qəbul imtahanında iştirak edənlərin çox olması ilə əlaqələndirib.

“Nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunlarla birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay prosesində daha çevik keçirə biləcəyik”.

TQDK sədri qəbul olma faizindən danışıb: `Bu il ölkə üzrə, cari ilin məzunlarının 47 faizi(55 min məzun), əvvəlki illərin məzunlarının isə 18 faizi (41 min nəfər) ali məktəblərə qəbul olub`.

Fatimə Kərimli




Teqlər:  





Xəbər lenti