Rusiyada şagird məktəbə balta ilə gəldi - 7 nəfəri yaraladı (VİDEO)

Rusiyada şagird məktəbə balta ilə gəldi - 7 nəfəri yaraladı (VİDEO)
  19 Yanvar 2018    Oxunub:1702
Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi şəhərin 5 saylı orta məktəbinə balta və “Molotov kokteyli” ilə hücum edib.
AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, yeniyetmə 7-ci sinif şagirdlərinin olduğu Rus dili və ədəbiyyatı otağına “Molotov kokteyli” ataraq sinif otağını yandırıb. Yanğın zamanı otaqdan çıxanlara isə ağır xəsarətlər yetirib.

Buryatiya hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, hadisəni törədənlər üç nəfər olub. İnsident nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3-nün, o cümlədən müəllimin vəziyyəti ağırdır. 11 yaşlı qızlardan biri ağır beyin kəllə zədəsi alıb, digərinin isə iki barmağı amputasiya edilib. Hadisə ilə bağlı məktəbdən 500 nəfər evakuasiya olunub.

Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilib ki, hücum edən şəxslərdən biri özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



İlkin Nəcəfov
AzVision.az


Teqlər: Rusiya   Məktəb  





Xəbər lenti