34 ildən sonra ilk İran-ABŞ görüşü

34 ildən sonra ilk İran-ABŞ görüşü
  27 Sentyabr 2013    Oxunub:1063
İran və ABŞ diplomatları 34 ildən sonra bir araya gəlib
1979-cu ildə İranda baş vermiş İslam inqalabından sonra ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları və İran yüksək vəzifəli şəxslər səviyyəsində bir araya gəlib.

İranın nüvə məsələsiylə bağlı Avropa Birliyinin vasitəçiliyi ilə Nyu-Yorkda baş tutan danışıqlarda Amerikanın Dövlət katibi Con Kerri və iranlı həmkarı Məhəmməd Cavad Zərif də iştirak edib.

Düşən dövlətlərin diplomatları toplantıda demək olar ki, yan-yana oturub. İclasda qərar alınıb ki, 5+1 dövlətləri ilə İran arasındakı nüvə danışıqları niyabrın ortalarında Cenevrədə davam etdirilsin.


Teqlər:





Xəbər lenti