“Əli Kərimli istefa verməlidir”

“Əli Kərimli istefa verməlidir”
  27 Sentyabr 2013    Oxunub:1202
Azərbaycan Xalq Cəbhəsinin tanınmış fəal gənclərindən olan Vüqar Qurdqanlı Əli Kərimli ilə bağlı yayılan məlumata görə açıqlama tələb edib.

AzVision.az xəbər verir ki, V.Qurdqanlı özünün Facebook profilində AXCP-nin mətbuat xidmətindən açıqlama gözlədiyini bəyan edib: "Bir cəbhəçi kimi AXCP sədrindən və partiyamızın mətbuat xidmətindən bu yazı barədə açıqlama gözləyirəm! Əgər yazılanlar həqiqətdirsə, Əli bəy istefa verməlidir!"

Qeyd edək ki, ötən gün Virtualaz.org saytında AXCP sədri Əli Kərimli barədə şok hesab olunacaq məlumat yayılıb. Məlumatda bildirilir ki, Əli Kərimlinin özü və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Həmçinin bildirilir ki, Ə.Kərimlinin Bakıda dəniz kənarında böyük bir villası var.



Teqlər:





Xəbər lenti