ABŞ-da böhran: Hökumət fəaliyyətini dayandırdı

ABŞ-da böhran: Hökumət fəaliyyətini dayandırdı
  20 Yanvar 2018    Oxunub:12821
ABŞ-ın federal hakimiyyəti gecə yarısı (Bakı vaxtilə 09:00) maliyyələşmənin kəsilməsi ilə əlaqədar fəaliyyətini dayandırıb.
AzVision.az xəbər verir ki, məlumatı Ağ Ev təsdiqləyib.

Bildirilib ki, Senatda demokratlar respublikaçılara bununla bağlı qanun layihəsini qəbul etməyə imkan verməyib. Hazırda layihə ilə bağlı danışıqlar aparılır.

Ağ Ev Senatda demokratların ölkə hökumətinin maliyyələşməsi ilə bağlı siyasətini “zəiflərin davranışı” adlandırıb.

“Demokratlar siyasi maraqlarını milli təhlükəsizlik maraqları, hərbçilərimizin ailələrinin, köməksiz uşaqların maraqları və bütün amerikalılara xidmət göstərmək imkanlarından üstün tutdular”, - Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders deyib.

Qeyd edək ki, ABŞ hökuməti büdcə olmadan fəaliyyət göstərə bilmir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ABŞ   Ağ-ev  



Xəbər lenti