ABŞ-da böhran: Hökumət fəaliyyətini dayandırdı
Bildirilib ki, Senatda demokratlar respublikaçılara bununla bağlı qanun layihəsini qəbul etməyə imkan verməyib. Hazırda layihə ilə bağlı danışıqlar aparılır.
Ağ Ev Senatda demokratların ölkə hökumətinin maliyyələşməsi ilə bağlı siyasətini “zəiflərin davranışı” adlandırıb.
“Demokratlar siyasi maraqlarını milli təhlükəsizlik maraqları, hərbçilərimizin ailələrinin, köməksiz uşaqların maraqları və bütün amerikalılara xidmət göstərmək imkanlarından üstün tutdular”, - Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders deyib.
Qeyd edək ki, ABŞ hökuməti büdcə olmadan fəaliyyət göstərə bilmir.
Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


