Sarkisyan üçgünlük Fransaya gedir

  20 Yanvar 2018    Oxunub : 819
Sarkisyan üçgünlük Fransaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan 22-24 yanvar tarixlərində Fransaya işgüzar səfər edəcək.

AzVision.az “News.am”-a istinadən xəbər verir, Sarkisyan 22 və 23 yanvar tarixlərində Fransa prezidenti Emmanuel Makron və Senatın sədri Jerar Larşe, Parlament sədri Fransua de Ryoji, həmçinin Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə görüşəcək.

Sarkisyan və Makronun görüşünün yekunlarına dair birgə mətbuat konfransı keçirəcək. Paris meriyasında isə Sarkiyan mer Ann İdalqo və erməni icmasının nümayəndələri ilə görüşəcək.

Yanvarın 24-ü Ermənistan prezidenti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək və deputatların suallarını cavablandıracaq.

Sarkisyan, həmçinin Avropa Şurasının baş katibi Turbyorn Yaqland, İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Qvido Raymondi ilə görüşlər keçirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Sarkisyan   Ermənistan