Afrin əməliyyatı: Qırıcılar qayıtdı, 108 hədəf məhv edildi (YENİLƏNİB)
***
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının ilk günündə PKK/PYD terrorçularına məxsus 113 hədəfin 108-i vurulub.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hava hücumları zamanı terrorçular arasında ölən və yaralılar var.
***
(20:53)
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatının ilk günündə PKK/PYD terrorçularına məxsus 113 hədəfin 108-i vurulub.
Məlumata görə, xəstəxanalara gətirilən ölü və yaralıların hamısı PKK/PYD terrorçularıdır.
Hazırda əməliyyatlar davam edir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.
***
(19:42)
Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.
AzVision.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Bildirilib ki, əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri cəlb edilib.
Qırıcılar Türkiyə-Suriya sərhəddində cəmləşmiş PYD terrorçularının mövqelərinə aviazərbələr endirib.
***
(18:34)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin əməliyyatının faktiki olaraq başladığını bəyan edib.
AzVision.az xəbər verir ki, Ərdoğanın çıxışından sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələr Suriyada terrorçuların mövqelərinə ağır zərbələr endirib.
Türkiyə KİV-lərinin məlumatına görə, qırıcılar Afrində PKK terror təşkilatının PYD qoluna aid məntəqələri vurub. Azad Suriya Ordusu Afrinin terrorçulardan azad edilməsi üçün quru əməliyyatına başlayıb.
Hazırda bölgədə əməliyyatlar davam edir.
AzVision.az
Teqlər: Türkiyə Afrin Suriya PKK







Vaxtında, Aydın, Lazımlı!


