Qubada 8 otaqlı ev yanıb

  20 Yanvar 2018    Oxunub : 613
Qubada 8 otaqlı ev yanıb

Qubada yanğın qeydə alınıb.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın rayonun Kələnov kəndində ümumi sahəsi 308 m² olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az

Teqlər: FHN   Quba   Yanğın   Ev