Əsəd Türkiyəni Afrində əməliyyatları dayandırmağa çağırdı

  21 Yanvar 2018    Oxunub : 846
Əsəd Türkiyəni Afrində əməliyyatları dayandırmağa çağırdı
Suriya rəhbərliyi Türkiyənin Afrində başlatdığı əməliyyatlarla bağlı çağırış edib.
AzVision.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi olan "SANA" bu ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasını dərc edib.

Məlumatda Afrinin Suriya torpağı olduğu bildirilərək Türkiyənin hərbi əməliyyatları dayandırmasına çağırış edilib.

Suriya XİN iddia edir ki, Türkiyə Afrində əməliyyatlara başlayacağı barədə rəsmi Dəməşqi məlumatlandırmayıb.

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu isə bəyan edib ki, “Zeytun budağı” adlı əməliyyatla bağlı Suriya rəhbərliyinə əvvəlcədən məlumat verilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri bu gün axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb.

AzVision.az

Teqlər: Suriya   Əsəd   Afrin   Türkiyə