Suriyadan Türkiyəyə raket zərbələri endirilib
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı Suriyanın Afrin bölgəsində əməliyyata başladığını elan edib. Əməliyyat yerli vaxtla saat 18:00-da start götürüb.
“Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


