Paris “EKSPO-2025”dən imtina etdi - Bakının şansı artdı

Paris “EKSPO-2025”dən imtina etdi - Bakının şansı artdı
  21 Yanvar 2018    Oxunub:3745
Fransa “Ekspo -2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək uğrunda mübarizədən imtina edib.
"Le Monde" nəşrinin məlumatına görə, Parisin imtinasından sonra 2025-ci ildə ümumdünya sərgisinin keçirilməsi uğrunda üç namizəd şəhər – Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) mübarizəni davam etdirir.

Nəşr iddia edir ki, Fransa 2024-cü il Olimpiadasını qəbul edəcək. Bu səbəbdən daha bir beynəlxalq tədbirin keçirilməsi ölkə büdcəsi üçün artıq yükdür.

Qeyd edək ki, Parisin “Ekspo -2025”dən imtina etməsi Bakının şansını bir qədər də artırdı.

AzVision.az


Teqlər: Fransa   Le-Monde  





Xəbər lenti