Afrində əməliyyatlar tezliklə başa çatacaq

Afrində əməliyyatlar tezliklə başa çatacaq
  21 Yanvar 2018    Oxunub:1755
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar qısa zamanda başa çatacaq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada sakinlərlə keçirdiyi görüşdə deyib.

Ərdoğan əməliyyatlar başlayadan sonra terrorçuların Afrindən qaçdığını bildirib: "Ən qısa müddətdə bu əməliyyatı tamamlayacağıq".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Suriya   Afrin  





Xəbər lenti