Afrində 9 kənd terrorçulardan azad edilib

Afrində 9 kənd terrorçulardan azad edilib
  22 Yanvar 2018    Oxunub:2161
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 9 kənd terrorçulardan azad edilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Azad Suriya Ordusu məlumat yayıb.

Bildirilib ki, "Zeytun budağı" əməliyyatı davam edir və geridə qalan 24 saat ərzində 9 kəndə nəzarət ələ keçirilib.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb. Quru əməliyyatları Azad Suriya Ordusu ilə birlikdə aparılır.

AzVision.az


Teqlər: Afrin   Türkiyə   Suriya   PKK  





Xəbər lenti