İran “Zeytun budağı” əməliyyatını dəstəkləmədi

İran “Zeytun budağı” əməliyyatını dəstəkləmədi
  22 Yanvar 2018    Oxunub:2499
İranın Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı hərbi əməliyyata başlamasına dair açıqlama verib.
Açıqlamada bildirilib ki, İran Suriyanın cənubundakı Afrində baş verənləri diqqətlə izləyir və Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmir.

İran Suriyanın qonşu dövlətlərlə yaranan problemlərinin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Həmçinin İran Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasını istəyir və problemin Astana danışıqları çərçivəsində aradan qaldırılmasına çalışır.

Nəzərə çatdırılır ki, İran Suriya münaqişəsinə kənar müdaxilələrin əleyhinədir. Bu müdaxilələr radikal terror qruplaşmalarının yenidən fəallaşmasına səbəb ola bilər.

AzVision.az


Teqlər: İran   XİN   Suriya   Türkiyə   Afrin  





Xəbər lenti