BMT TŞ Suriyaya görə toplanacaq

BMT TŞ Suriyaya görə toplanacaq
  22 Yanvar 2018    Oxunub:1897
BMT Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək.
Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian "Tvitter" sosial şəbəkəsində yazıb.

"BMT Təhlükəsizlik Şurası sabah Suriyada vəziyyətə dair məsləhətləşmələr keçirəcək. Fransa humanitar çıxışın təmin edilməsində ehtiyac olduğunu vurğulayır", - deyə nazir bildirib.

Qeyd edək ki, şənbə günü Türkiyə Suriyanın Afrin şəhərində silahlı kürd birləşmələrinə qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

AzVision.az


Teqlər: BMT   Suriya  





Xəbər lenti