Polis əməliyyat keçirdi, 27 nəfər tutuldu

Polis əməliyyat keçirdi, 27 nəfər tutuldu
  22 Yanvar 2018    Oxunub:3118
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  





Xəbər lenti