“Afrin əməliyyatından xəbərdar idik” - ABŞ-ın müdafiə naziri

“Afrin əməliyyatından xəbərdar idik” - ABŞ-ın müdafiə naziri
  22 Yanvar 2018    Oxunub:2283
“Türkiyə rəsmiləri Suriyanın Afrin bölgəsində antiterror əməliyyatlarına başlamadan öncə bizi xəbərdar etmişdilər”.

AzVision.az “Sondakika”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis deyib. Onun sözlərinə görə, Türkiyə NATO-da ABŞ-ın müttəfiqidir və bu ölkənin təhlükəsizlik məsələsində narahatlıqları var:
“Bu, narahatlıq legitimdir. Türkiyənin mövqeyi aşkar idi. İndi biz gələcək birgə fəaliyyətimizə hazırlaşırıq. Bununla məşğul olacağıq”.

Qeyd edək ki, şənbə günü Türkiyə Suriyanın Afrin şəhərində silahlı kürd birləşmələrinə qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   ABŞ   Afrin  





Xəbər lenti