Mətbuat xidmətinin rəhbəri yenidən işinə qayıtdı

Mətbuat xidmətinin rəhbəri yenidən işinə qayıtdı
  27 Sentyabr 2013    Oxunub:1182
Gənclər və İdman Nazirliyin mətbuat katibi Səmayə Məmmədova yenidən öz işinə qayıdır.
AzVision.az-a bu barədə nazirliyin müvəqqəti mətbuat katibi vəzifəsini yerinə yetirən Qabil Mehdiyev məlumat verib.

“Bu gündən etibarən Səmayə Məmmədova Gənclər və İdman Nazirliyinin mətbuat katibi olaraq, yenidən öz vəzifəsinin icrasına başlayır. Mən isə öz əvvəlki vəzifəmdə - “İdman” qəzetinin baş redaktoru olaraq fəaliyyətimi davam etdirəcəyəm”.

Qeyd edək ki, Səmaya Məmmədova ötən il bir müddətində təhsili ilə əlaqədar İngiltərəyə getmişdi. Bu müddət ərzində isə onu “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev əvəz edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti