Varisi Sarkisyandan vaxt istədi, Londona yollandı

Varisi Sarkisyandan vaxt istədi, Londona yollandı
  22 Yanvar 2018    Oxunub:1821
Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan ölkə rəhbəri Serj Sarkisyanın prezidentliklə bağlı ona ünvanladığı təklifə hələ müsbət reaksiya verməyib.

AzVision.az “Armtimes”-a istinadən xəbər verir ki, Armen Sarkisyan təklifə görə, Sarkisyana təşəkkür edərək, fikirləşməsi üçün ondan vaxt istəyib.
“Etibarınız üçün bir daha sizə öz təşəkkürümü bildirirəm. Mənə yekun qərarı vermək üçün bir müddət vaxt lazım olacaq” - Armen Sarkisyan Ermənistan prezidentinə deyib.

Armen Sarkisyan ona edilən təklifdən sonra İrəvanda çox qalmayıb, ölkəni tərk edərək bu gün Londona yollanıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Armen   London   Səfir  





Xəbər lenti