Erməni əsgər Qarabağda xidmət etmək istəmir: “Damarımı doğrayaram...”

Erməni əsgər Qarabağda xidmət etmək istəmir: “Damarımı doğrayaram...”
  22 Yanvar 2018    Oxunub:2230
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edən erməni əsgər Ernest Ovanisyanın intihara cəhd etməsinin təfərrüatları məlum olub.

AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 12 yanvar tarixində orduya çağırılan əsgər xidmət etmək istəmədiyini bildirib: “Damarımı doğrayaram, ancaq xidmət etməyəcəyəm”.
Bundan sonra hərbi qulluqçunun valideynləri hərbi hissəyə çağırılıb. Ancaq valideynləri gələnədək o, Qarabağda yerləşən hərbi hissələrin birində pəncərədən özünü atıb. Əsgər İrəvandakı “Murastan” hərbi hospitalına yerləşdirilib.

Faktı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib. Araşdırma aparıldığını bildirib.

AzVision.az



Teqlər: Ermənistan   Dağlıq-Qarabağ  





Xəbər lenti