Putin Lavrova yeni müavin təyin etdi

Putin Lavrova yeni müavin təyin etdi
  22 Yanvar 2018    Oxunub:1613
Vladimir Putin Rusiya Federasiyasının Şimali Atlantika Sazişi Təşkilatı (NATO) yanında daimi nümayəndəsi Aleksandr Qruşkonun tutduğu vəzifədən azad olunması barədə sərəncam imzalayıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinin digər sərəncamı ilə Aleksandr Qruşkonu Rusiya xarici işlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Qruşko 2012-ci ilin oktyabrında Rusiya Federasiyasının NATO-da daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Lavrov  





Xəbər lenti